Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Putin gürcü deputatları Moskvaya topladı: Tiflis qarışdı

Baxılıb: 738     Tarix: 24-11-2018 12:46   

Gürcüstanın Vətənpərvərlər Alyansı Partiyasının nümayəndələri Moskvaya səfər ediblər.
Qanunvehedef.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində deputatlar Ada Marşaniya və Georgi Lomiya yer alıb. Onların Kremlin təşkil edəcəyi konfransda iştirakı nəzərdə tutulub. Məlumata görə, Kreml gürcü deputatlarla bərabər qondarma Abxaziya və Cənubi Osetiya nümayəndələrini də Moskvaya dəvət edib.
Gürcü müxalifəti, xüsusilə də, Avropa Gürcüstanı Partiyası bu səfəri sərt tənqid edib. Partiya bu səfərin ölkənin milli maraqlarına zidd olduğunu bildirib:
“Bu partiya Gürcü Arzusunun yaratdığı qüvvədir. Onlar birinci turda namizədlərini ona görə irəli sürmədilər ki, Salome Zurabişvilinin səsini parçalamasınlar. İkinci turda onlar açıq şəkildə Zurabişvilini dəstəkləyəcəklər. Rusiyayönlü qüvvələrin açıq dəstəklədiyi Zurabişvili Gürcüstan prezidenti olmamalıdır”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}