Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Putin Merkelə Ukraynadan gileyləndi

Baxılıb: 694     Tarix: 27-11-2018 12:43   

Almaniya kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında Azov-Qara dəniz akvatoriyasında baş verən insidentlə bağlı telefon danışığı aparılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı informasiya yayıb.
Telefon danışığı alman tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı Rusiya lideri Ukrayna hakimiyyət orqanlarının hərəkətlərini qiymətləndirib, Kiyevin silahlı qüvvələri tam döyüş hazırlığına gətirmək və hərbi vəziyyət tətbiq etmək qərarı ilə bağlı narahatlığını ifadə edib.
“Daha bir münaqişə vəziyyətinin və bununla bağlı risklərin yaranmasında bütün məsuliyyəti Ukrayna tərəfinin daşıdığı bildirilib. Bütün bunlar açıq şəkildə Ukraynada seçkiqabağı kampaniyaya görə həyata keçirilib”, - Kremldən bildirilib.
Putin həmçinin rəsmi Berlinin Ukrayna hökumətini düşünülməmiş addımlardan çəkindirəcəyinə ümid etdiyini bildirib və rus sərhədçilərinin Kerç boğazındakı hadisələrin necə inkişaf etdiyini aydınlaşdırmağa hazır olduğunu qeyd edib.шаблоны для dle 11.2