Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Gürcüstanın taleyi bu gün həll edilir – Kritik çağırış

Baxılıb: 585     Tarix: 28-11-2018 10:44   

Gürcüstan belə böyük təhdidlə çoxdan üz-üzə qalmamışdı.
Qanunvehedef.az xəbər verir ki, bu barədə bəyanatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yayıb. Onun sözlərinə görə, bu gün prezident seçkisinin nəticəsindən Gürcüstanın mövcudluğu asılı olacaq:
“Rusiyadan göndərilən oliqarx, həmçinin Rusiyadan təyin edilən namizəd artıq elan ediblər ki, Gürcüstan ərazilərinin anneksiyasına şərait yaratmağa hazırdırlar. Onlar insanları aldadırlar. Buna paralel olaraq oliqarx qeyd edir ki, Gürcüstan Dəmiryolları, bütün elektrosistemə və yerdə qalanlara müdaxilə etmək istəyir. Allah eləməsin ki, onların planları alınsın. Gürcüstanı geriyə baxmadan 1 milyon əmək qabiliyyətli şəxs tərk edəcək və onlar bir də heç vaxt ölkələrinə geri dönə bilməyəcəklər. İstəyirəm ki, bir şeyi biləsiniz. Seçki məntəqəsində siz öz vicdanınızla, Gürcüstanın mövcud olub-olmayacağı və tarixi məsələnin həlli məsuliyyəti ilə üz-üzə qalırsınız”, – deyə o bildirib.
O, Zurabişvilini yenidən satqın adlandırıb:
“Bir tərəfdə xalqın namizədi Qriqol Vaşadze, digər tərəfdə İvanişvilinin, Rusiyanın və Gürcüstanın düşmənlərinin namizədi var. Bu qadın satqındır. Gəlin fikir ayrılıqlarımız və ziddiyətlərimizi bir kənara qoyaq. Gəlin ölkəmizin gələcəyi və xilası üçün birləşək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər