Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gürcüstan prezidentini seçdi - Yekun nəticə

Baxılıb: 640     Tarix: 29-11-2018 12:26   

Gürcüstanda 28 noyabrda keçirilən prezident seçkisinin ikinci turunun ilkin nəticələri açıqlanıb.
Qanunvehedef.az xəbər verir ki, Gürcüstan MSK hazırda səslərin 3705 seçki məntəqəsinin 1181-nin (32%) nəticələri hesabladığını açıqlayıb. Sayılan bülletenlərə əsasən, hakim Gürcü Arzusunun dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 57,37 (262 826 səs), Saakaşvilinin rəhbəri olduğu Vahid Milli Hərəkat partiyasının da dəstəklədiyi müxalifətin vahid namizədi Qriqol Vaşadze isə 42,63% (195 305 səs) toplayıb.
“Bu nəticələr əlbəttə ki. dəyişəcək, çünki cəmi bülletenlərin 32%-i hesablanıb. Nəticələr hesablandıqca ictimaiyyət “live-rejim”də onu izləyə biləcəklər”, - Gürcüstan MSK-nın sədri Tamar Jivaniya mətbuat konfransında deyib.
Seçici aktivliyi 56,23% olub.
***
Seçki bülletenlərinin yarısı (50,74%) sayılıb. Hazırkı nəticəyə görə, Zurabişvili 58,03%, Vaşadze isə 41,97% səs toplayıb.
***
Səslərin 69,99 faizi sayılandan sonra nəticələr belədir: Zurabişvili 59,01%, Vaşadze 40,99%.
Mərkəzi Seçki Komissiyası səhərə qədər səslərin hamısının sayılacağını və elan ediləcəyini bildirib. Ancaq bildirilir ki, hazırkı seçki mənzərəsi böyük ehtimalla dəyişməyəcək.
***
Son məlumata görə, səslərin 97% faizi hesablanıb. Hazırkı nəticələrə görə Zurabişvili 59,6%, Vaşadze isə 40,4 faiz səs toplayıb.
***
Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin 99,7 faizinin sayıldığını açıqlayıb, Zurabişvilini seçicilərin 59,56%-i (1,14 milyon səs), Vaşadzeni isə 40,44%-i (778 min səs) dəstəkləyib.
***
Səslərin hamısının sayılmasından sonra MSK yekun nəticəni açıqlayıb: Zurabişvili 59,52%, Vaşadze 40,48%.
Beləliklə, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvilidir.
Qeyd edək ki, Gürcüstanın yeni prezidentinin andiçmə mərasimi 16 dekabrda keçiriləcək.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar