Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Milyarder Türkiyədən niyə qaçdı? – MİT darmadağın edir

Baxılıb: 515     Tarix: 29-11-2018 13:57   
Türkiyə kəşfiyyatı bütün fəaliyyət və əməkdaşlarını deşifrə etdiyi üçün Corc Soros qaçmağa məcbur oldu.
Qanunvehedef.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Batıxan Yaşar yazıb.
Soros nə üçün Türkiyədən qaçır?
Cavabı sona buraxmadan dərhal verək: Soros burada rahat şəkildə at oynada bilmir. Meydan əvvəlki kimi boş deyil. Qəzet xəbərləri və sosial media vasitəsilə istiqamətləndirmə qabiliyyətini itirib. Kəşfiyyat bütün fəaliyyətlərini və əməkdaşlarını deşifrə edib. Avropa Birliyi və Qərb ünsürlərinin tənqidlərinə də tuş gəlib. Xüsusən Osman Kavala üçün uzun həbs müddətindən danışırlar. “İddia ərizəsi hələ də ortada yoxdur” deyirlər. “Niyə belədir” sualının cavabını da araşdırdıq. Birincisi, bu, texniki məsələdir və sübutların toplanması zaman tələb edir. İkincisi, prokuror Kirazın şəhid edilməsi hadisəsi zamanı da iddia ərizəsi 2 ilə hazırlanıb. Üçüncüsü isə Almaniya və ABŞ-da da oxşar məhkəmə prosesləri var. Orada “uzunmüddətli həbsin atası”nı da görə bilərlər.
Soros nəyə görə Trampı hədəf seçdi?
Yenə maraqlı hadisələr yaşanır. Normalda Soros Prezident Trampı yüksək qiymətləndirməlidir. Ancaq elə deyil. Davosdakı 48-ci Dünya İqtisadi Forumunda Soros ABŞ prezidentini hədəf lövhəsinə qoydu. Soros Trampı heç də sadə şəkildə tənqid etmədi: “Tramp hökumətini dünya üçün bir təhdid olaraq görürəm. Bu müvəqqəti fenomen 2020 və ya daha əvvəl yox olacaqdır”. Bunlar çox iddialı sözlərdir.
14 milyard dollar
Türkiyədən çəkilmək qərarı qəbul edən Açıq Cəmiyyət Fonduna gələk. Bu fond ilk növbədə şəxsən Sorosun öz mülkiyyətidir. 1984-cü ildə Macarıstanda qurulub. Böyüdükcə böyüdü və 70 ölkədə fəaliyyət göstərməyə başladı. 2017-ci ildə büdcəsi 950 milyona bərabər olub. 1984-cü ildən bu yana 14 milyard dollar xərclənib. 1400 nəfər bu fond üçün çalışır. Yaranan suallar bunlardır: Soros bu qədər pulu nə üçün xərcləyir? 1400 nəfər hansı məqsədlərə xidmət göstərir?
İnsan hüquqları, demokratiya, ümumbəşəri dəyərlər
Soros 28 fevraldan dərhal sonra Türkiyəyə gəlib. Fəaliyyətinə 2001-ci ildə açdığı təmsilçiliklə başlayıb. Təmsilçilik 2008-ci ildə Açıq Cəmiyyət Fonduna çevrilib. Təsadüfə baxın - qurucu idarə heyəti sədri də Osman Kavaladır. Bir də Fondun quruluş məqsədlərinə baxaq: “İnsan hüquqları, demokratiya və ümumbəşəri dəyərlərə qarşı həssas bir toplum yaratmaq. Bütün özəl və ya dövlət qurumları və təşkilatları, QHT-lər, universitetlər, dərnəklər və şəxslərlə ortaq layihələr həyata keçirmək. Yuxarıdakı məqsədlər üçün maddi imkanlar təmin etmək”.
Bəzəkli sözlərə baxın! Qulağa necə də xoş gəlir, elə deyil?
Birlikdə həqiqətə çataq
Soros təkcə Türkiyədə deyil, bütün dünyada istənilməyən bir adamdır. Trampı da yuxuda gördüyü üçün hədəf lövhəsinə qoymayıb. Niyə tənqid edib, bilirsiniz? Prezident seçildikdən sonra Tramp əleyhinə nümayişlər bütün ABŞ-a yayılmışdı. Soros həmin vaxtlarda Hillari Klintona simpatiyasını gizlətmirdi.
Həmin vaxt ABŞ mətbuatında xəbərlər bu cür formada təqdim olunurdu: ”Sorosun sponsorluq etdiyi qruplar Trampa qarşı etirazlarını…”
Sonra maraqlı bir şey baş verdi. Millətçi amerikalılar Sorosun terrorçu elan edilməsi üçün imza toplamağa başladılar. Toplanan 75 min imza Ağ Evə təqdim edildi. Corc Soros “ABŞ xalqını təhrik edərək ölkədə qeyri-sabitlik yaratmaq”da ittiham olunur. Bu sizə haradansa tanış gəlmədi? O zaman gəlin həqiqətə baxaq:
- Gəzi parkı hadisələrində Açıq Cəmiyyət Fondu pulları demokratiyaya görə xərcləyirdi?
- Çox gülməlisiniz…
Bəs Osman Kavala hansı iddialarla həbs olunub?
- 27 may 2013-də başlayan Gəzi parkı hadisələrini bütün Türkiyəyə yaymaq, ölkə daxilində xaos və qeyri-sabitlik mühiti formalaşdırmaq, bu şəkildə şiddətdən istifadə edərək Türkiyə dövlətini məhv etmək və ya vəzifələrini icra etməsinə tamamilə mane olmağı planlaşdırmaq, Açıq Cəmiyyət Fondu və Anadolu Kültür şirkəti adlı fond və şirkətlərdən istifadə edərək hadisələri maliyyələşdirmək və təşkil etmək…
Hara gedirsiniz, hələ qarpız kəsəcəkdik
Açıq Cəmiyyət Fondu Türkiyədəki fəaliyyətini dayandırmaq qərarı qəbul edib.
Səbəblər isə belədir:
- Fond haqqında əsassız iddia və meyarsız şayiələrin artması.
- Bu səbəbdən fondun fəaliyyətini davam etdirməsinin imkansız olması.
Dayanın, bir az da gözləyin. İddia ərizəsi yaxın vaxtlarda hazır olacaq. Onu da görün. 2013-cü ildən bu yana hansı fırıldaqların baş verdiyini o zaman oxuyacağıq…шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər