Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Uçduğu təyyarə təcili eniş etdi, evinə isə basqın edildi

Baxılıb: 440     Tarix: 30-11-2018 11:10   
Almaniyanın Hamburq şəhərində naməlum dəstə vitse-kansler, Maliyyə naziri Olaf Şoltsun evinə hücum edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Spigel” nəşri yazıb.
Məlumata görə, təxminən 14 nəfərlik dəstə əvvəlcə Şoltsun evinin yaxınlığındakı avtomobilin şinlərini yandırmaq qərarına gəlib. Daha sonra naməlum şəxslər binanın divarlarına içərisində boya olan qablar ataraq qaçıblar.
Faktla bağlı araşdırma başladılıb.
Qeyd edək ki, hadisə baş verən zaman Şolts Angela Merkellə birlikdə G20 sammitində iştirak üçün Argentinaya uçan təyyarədə olub. Sözügedən “Airbus” təyyarəsi texniki nasazlıq səbəbindən Köln hava limanına təcili eniş edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}