Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Zurabişvilidən Saakaşviliyə ağır ismarış

Baxılıb: 609     Tarix: 30-11-2018 12:10   
Saakaşvili Gürcüstana yad adamdır.
Qanunvehedef.az xəbər verir ki, bunu BBC-nin Rusiya xidmətinə müsahibəsində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili deyib.
“Mixail Saakaşvilinin geri dönmək üçün məndən xahiş edəcəyinə şübhə edirəm. Ona görə ki, ilk növbədə ona qarşı açılan cinayət işini həll etməliyik. Bu, vətəndaşlıq məsələsi deyil, ilk növbədə ədalətin təcəssümü məsələsidir.
Onun polis, hərbçiləri xalqın tərəfində yer almağa səsləyən dünənki və bugünkü bəyanatları arasında aydın problemlər var. O, bu ölkə ilə əlaqəsini itirib. Bugünkü gün o, ölkədə destabilizasiyaya səsləyən əcnəbidir. Bu ölkənin hazırda ehtiyacı olmadığı ən böyük şey qeyri-stabillikdir. İnsanların seçkidə verdiyi səslər stabillik və Gürcüstanın Avropa gələcəyi üçün idi. Məhz buna görə mən buradayam”, – deyə o bildirib.
O, bu seçkinin Vaşadze ilə onun arasında yox, İvanişvili ilə Saakaşvili arasında keçirilməsi iddialarına da aydınlıq gətirib:
“Bu, Avropa diplomatıyla sovet diplomatı arasındakı seçimdir. Bu həmçinin insanlara qarşı sərt rejim olan keçmiş Saakaşvili ilə başında İvanişvilinin dayandığı Gürcü Arzusu arasındakı seçim idi”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar