Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

270 terrorçu və Şişani məhv edildi: ABŞ silahları ələ keçdi

Baxılıb: 582     Tarix: 03-12-2018 10:59   

Suriya ordusu ölkənin cənubundakı Əs-Süveydə əyalətində 270-dən çox İŞİD terrorçusunu məhv edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin komandanlıq qrupunun Suriyadakı nümayəndəsi Oleq Makaroviç deyib. Onun sözlərinə görə, əməliyyat əlverişsiz hava şəraitində və dərin kanyonlar, iri mağaralarla əhatə olunan ərazidə keçirilib:
“Bu ərazidə düşmən snayper tələləri, tank əleyhinə, minalanmış sahələrlə əhatə olunan hazırlıqlı müdafiə yaratmışdı. Müdafiənin hər yerində düşmənin sursat və ərzaq ehtiyatı yerləşdirilmişdi”.
Makareviç bildirib ki, ərazi əlverişsiz olduğu üçün tanklar və ağır texnika hərəkət edə bilməyib və bu da əməliyyatı çətinləşdirib, həmçinin terrorçuların çoxlu qumbaraatanları, tank əleyhinə raketləri və 82 mm-lik minaatanları olub:
“Suriya hərbçiləri terrorçulardan çoxlu sayda silah, o cümlədən 12 ədəd ABŞ istehsalı olan TOW tank əleyhinə idarəolunan raketlər götürüb”.
Rus komandanın sözlərinə görə, terrorçuların əksəriyyəti Əs-Süveydəyə Yarmuk, Dəməşq, eləcə də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nəzarəti altında olan Ət-Tanfdan gəlib.
Qeyd edək ki, Suriya ordusu noyabrın 17-də keçirdiyi əməliyyat nəticəsində Əs-Süveydə əyalətində yerləşən Tel Əs-Səfa dağ kanyonunu terrorçulardan azad etmişdi. SANA agentliyi əməliyyat zamanı İŞİD-in Cənubi Suriya qolunun rəhbəri Əbu Həcər əş-Şişaninin də öldürüldüyünü bildirmişdi.шаблоны для dle 11.2