Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dünya cəngəllik qanunları ilə idarə oluna bilər - Moqerini

Baxılıb: 544     Tarix: 04-12-2018 10:58   

Dünyanın təhlükəsizliyi üçün vacib olan bəzi beynəlxalq razılaşmalar ətrafında yaranan çəkişmələr qanunun aliliyini cəngəllik qaydaları ilə əvəz edə bilər.
Qanunvehedef.az xəbər verir ki, bunu Kennedi adına Harvard Beynəlxalq Münasibətlər Məktəbində çıxışı zamanı Avropa Birliyinin Baş diplomatı Federika Moqerini deyib.
“Bu gün etiraf etməliyik ki, yeni dünya nizamı tam formalaşmayıb. Bu gün cəngəllik qaydalarının hüququn aliliyini əvəz edəcəyi ilə bağlı real qorxu var. Bu gün Soyuq müharibəyə son qoyan beynəlxalq razılaşmaların özü şübhə altına alınıb. Yeni nizam yaratmaq yerinə biz öz enerjimizin böyük hissəsini xarici qaydaların demontajının qarşısının alınmasına yönəltməliyik. Əgər biz çoxtərəfli sistemi qoruyub saxlamaq istəyiriksə, o zaman onun reformasiyasına investisiya etməliyik. Bu dəyişikliklər Avropa və Amerikanın bir yerdə çalışacağı halda baş tuta bilər. Əgər biz dünyada nizam formalaşdırmağa cəhd ediriksə, başqa çıxış yolumuz yoxdur”, – deyə o bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}