Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İsrail yeni hərbi əməliyyata başladı: Hamısı MƏHV EDİLƏCƏK

Baxılıb: 572     Tarix: 04-12-2018 11:06   

İsrail hərbçiləri "Şimal qalxanı" əməliyyatının başlandığını elan ediblər.
Qanunvehedef.az publika.az-a istinadən xəbər verir ki, bu haqda İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus bildirib.
Onun sözlərinə görə, əməliyyatın hədəfi Livanın "Hizbullah" təşkilatının yəhudi dövlətinin ərazisinə silah göndərmək üçün qazdığı tunelləri tapmaq və onları məhv etməkdir.
"Bizə bir sıra tunellər haqqında məlumdur. Hələ ki, onların konkret sayını açıqlamayacağam", - Yonatan Konrikus deyib.
İsrail ordusunun rəsmi nümayəndəsi bildirib ki, tunellər hələ işə salınmayıb və israillilər üçün bilavasitə təhlükə təşkil etmir. Zabitin sözlərinə görə, əməliyyat Qolan hündürlüklərinin şimal hissəsi də daxil olmaqla, yalnız İsrail tərəfindən nəzarət edilən ərazidə keçiriləcək.
Qeyd edək ki, XXI əsrdə Livan-İsrail münaqişəsi bir neçə dəfə kəskinləşib (2006 və 2016-cı illər). Ölkələrin arasında diplomatik münasibətlər yoxdur. İsrail qanunvericiliyinə görə, Livan düşmən dövlətdir.шаблоны для dle 11.2