Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İki seçim var: ya məhkəmə, ya da güc yolu... - Dodon

Baxılıb: 522     Tarix: 05-12-2018 15:46   

Moldova Prezidenti İqor Dodon müvəqqəti olaraq hakimiyyətdən uzaqlaşdırılmasına dair cəhdlərin parlament seçkilərindən sonra başa çatacağını bildirib.
Qanunvehedef.az xəbər verir ki, Dodon tərəfdarlarından ibarət Sosialist Partiyasının seçkilərdə qələbə qazanması ilə bunun mümkün olacağını qeyd edib.
Dodonun sözlərinə görə, hazırda hadisələrin inkişafı üçün iki varinat mövcuddur:
“Birinci variant odur ki, prezidentyönlü partiya seçkilərdən sonra parlamentdə üstünlük qazanacaq və məhkəmə qərarı ilə proseduru ləğv edəcək. İkinci üsul isə etirazlar və güc yolu ilə mövcud hakimiyyətin uzaqlaşdırılmasıdır. Ancaq mən güc yolunun tərəfdarı deyiləm”, - Dodon bildirib.
Qeyd edək ki, Moldovada parlament seçkiləri 24 fevral 2019-cu ildə keçiriləcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}