Fransadakı hadisələrin arxasında Tramp dayanıb – Şok plan
Baxılıb: 627 Tarix: 07-12-2018 12:50
Cəmiyyətin gözünü boyamaq üçün Ağ Evdəki vəzifəsindən istefa verən ABŞ prezidentinin keçmiş siyasi və strateji müşaviri Stiven Bennon Trampın əmri ilə Avropada təbliğat aparır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri “Habertürk” qəzetinin yazarı Sərdar Turqut köşəsində yazıb.
Trampın baş strateqi Stiv Bennona şəxsən ABŞ prezidenti tərəfindən Avropanı dağıtmaq tapşırığı verilib. AB ölkələrini bir-bir gəzən Bennon Fransa Prezidenti Emmanuel Makronun ümumavropa ordusu çağırışından sonra planın tətbiqinə başlayıb.
“Parisdəki hadisələr başlamazdan əvvəl Bennonla Modrikamen noyabr ayında Brüsseldə strateji plan toplantısı təşkil edib. Bennon Trampdan aldığı Avropadakı nizamı çökdürmək tapşırığının icrası üçün populist partiyaları koordinasiya etməyə başlamışdı. Yalnız Avstriyanın Azadlıq Partiyasının Bennonla əməkdaşlığı rədd edərək müstəqil hərəkət etməyə qərar verdiyi məlumdur. Fransa Prezidenti Emmanuel Makronun ehtiyac olacağı təqdirdə hətta ABŞ-a qarşı müqavimət göstərəcək bir ordu yaradılması ilə bağlı fikirlər səsləndirməsindən sonra Parisdə etiraz dalğasının başlaması heç də göründüyü qədər məsum aksiya deyil. Əlbəttə, Fransadakı bütün etirazları Bennon təşkil edib demirəm, ancaq Fransadakı hadisələrdə onun da əli var. Avropa Birliyi Parlamentinin sədri məhz bu səbəbdən “Go home Mr.Bannon” (“Evinə get, cənab Bennon”) sözlərini işlətmək zərurəti hiss etdi”, - Turqut qeyd edib.
Ən çox oxunanlar
Son xəbərlər