Ermənistanda seçici aktivliyi - Yekun
Baxılıb: 446 Tarix: 09-12-2018 22:56
Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.
Qanunvehedef.az xəbər verir ki, səsvermə prosesi yerli vaxtla 08:00-da başlayıb.
Parlamentdə yerlər uğrunda 11 siyasi güc mübarizə aparır: 2 blok və 9 partiya. Siyasi partiyaların parlamentə düşə bilməsi üçün 5, blokların isə 7 faizlik həddi keçməsi lazımdır.
***
Saat 11:00-a olan nəticələrə əsasən Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində 201 min 250 nəfər seçici iştirak edib.
Bu barədə Ermənistan MSK sədrinin müavini Laura Qalstyan bildirib.
Onun sözlərinə görə, səsvermə hüququ olan 2 milyon 573 min 779 seçicinin artıq 7.76 faizi seçkilərdə iştirak edib.
***
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində saat 14:00-a olan nəticələrə əsasən seçici fəallığı 24.53 faizə bərabər olub.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, indiyə qədər vətəndaşların yalnız 636 min 55 nəfəri səsvermə hüququndan istifadə edib.
Paytaxt İrəvanda bu göstərici 23.53 faiz, ikinci böyük şəhər sayılan Gümrüdə 18.22 faiz, Vanadzorda isə 24.21 faizə bərabər olub.
Qeyd edək ki, 2017-ci ilin 2 aprelində keçirilən seçkilərdə saat 14:00-a olan məlumatda seçici fəallığı 33.46 faiz təşkil etmişdi.
***
Saat 17:00-a olan məlumata görə, seçici fəallığı 39,54%-dir.
***
Növbədənkənar parlament seçkiləri yekunlaşıb.
Məlumata görə, yerli vaxtla 20:00-da seçki məntəqələri bağlanılıb və səslərin sayılmasına başlanılıb.
***
Parlament seçkilərində seçici aktivliyi ümumilikdə cəmi 48,63% olub.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının seçici aktivliyi ilə bağlı yekun məlumatında bildirilib.
Qeyd edək ki, ötən parlament seçkisində seçici aktivliyi 60,86% idi.

Ən çox oxunanlar
Son xəbərlər