Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Prezident qızından Mirziyayeva ismarış: Pul verirəm...

Baxılıb: 791     Tarix: 11-12-2018 16:22   

Özbəkistanın eks-prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova yenidən siyasətə qayıtmaq niyyətindədir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri öz İnstaqram səhifəsində onun 25 yaşlı oğlu İslam Kərimov paylaşıb. Onun sözlərinə görə, Gülnarə Kərimova Prezident Şövkət Mirziyayevin apardığı reformları dəstəkləyir və onları siyasi arenaya yenidən qayıdacağı təqdirdə maliyyə baxımından dəstəkləməyə hazırdır:
“Ölkənin yeni rəhbərliyinin təşəbbüsüylə bir çox yeni layihələr reallaşdırılır. Bu isə Özbəkistana daha yaxşı gələcək üçün dayanıqlı baza yaratmağa imkan verir. Ona görə də anam qərar verib ki, ölkədəki dəyişiklikləri maliyyə və fiziki baxımdan dəstəkləsin. Heç bir ağıllı insan bu qərara qarşı çıxa bilməz. Belə ki, bu, Özbəkistana yalnız xeyir gətirəcək”.
Qeyd edək ki, Kərimova 2015-ci ildə korrupsiya ittihamıyla həbs edilib və beş il azadlıqdan məhrum edilib. Onun indiyə qədər harada saxlanılması barədə heç bir məlumat yoxdur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}