Mühacirət “Top-5”-i: Türklər və iranlılar rekord qırır
Baxılıb: 547 Tarix: 12-12-2018 12:49
Türkiyə vətəndaşlarının Avropa Birliyi ölkələrinə sığınacaq almaq üçün etdiyi müraciətlərin sayı 2018-ci ilin oktyabrında ən yüksək səviyyəyə çatıb.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı Avropa Mühacir Dəstək Ofisi yayıb. Məlumata görə, oktyabr ayı ərzində sığınacaq almaq üçün AB ölkələrinə ümumilikdə 60500 nəfər müraciət edib. Müraciət edənlərin 2880 nəfəri Türkiyə vətəndaşı olub. Onların sayında sentyabr ayına nisbətdə 9%-lik artım baş verib. Bu göstərici sayəsində AB-dən sığınacaq almaq istəyən türk vətəndaşlarının ümumi sayı 17300 nəfərə çatıb.
Türkiyə ilə bərabər AB-dən sığınacaq almaq istəyən İran vətəndaşlarının sayında da artım müşahidə edilib. Hazırkı göstəricilərə əsasən, AB-dən sığınacaq almaq istəyənlərin sırasında çoxluğuna görə İran vətəndaşları 4-cü yeri tutub. 2017-ci ilin oktyabrında bu sıralamada 10-cu yeri tutan İran bir il ərzində 6 pillə irəliləməyi bacarıb.
Təkcə bu ilin oktyabrında İrandan AB ölkələrinə edilən müraciətlərin sayı 3170 olub. Bununla AB-dən sığınacaq almaq üçün cavab gözləyən iranlıların sayı 14503 nəfərə çatıb.
Siyahıdakı ilk beşlikdə Suriya, Əfqanıstan, İraq, İran və Türkiyə yer alıb.
Qeyd edək ki, türkiyədə FETÖ ilə mübarizənin ciddiləşməsi səbəbindən şəbəkəyə aid olan şəxslərin Avropaya sığınması prosesi də sürətlənib. İranda isə bu axın ABŞ sanksiyaları ilə bağlı ölkədə siyasi-iqtisadi gərginliyin artması ilə əlaqələndirilir.
Ən çox oxunanlar
Son xəbərlər