Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tramp vəliəhdlə bağlı son nöqtəni qoydu

Baxılıb: 678     Tarix: 12-12-2018 14:00   
ABŞ Prezidenti Donald Tramp Oval ofisdə jurnalistlərin suallarını cavablandırıb.
Qanunvehedef.az xəbər verir ki, “Röyter” müxbirinin verdiyi sualdan sonra Camal Qaşıqçı cinayətində Səudiyyə vəliəhdinin barmağının olub-olmaması barədə danışmayan Tramp, “O, Səudiyyə Ərəbistanının lideridir. Səudiyyə olduqca yaxşı bir müttəfiqdir” sözlərini işlədib.
“Səudiyyə Ərəbistanını dəstəkləmək vəliəhdi dəstəkləmək deməkdir?” sualına isə Tramp, “Bəli, hazırda tamamilə elədir” cavabını verib.
Müxbir prezidentə həmçinin kral ailəsinin bir çox simalarının Məhəmməd bin Salmanın kral olmasını əngəlləməyə çalışdığını, ancaq Salmanın kral roluna ABŞ və Trampın qərar verəcəyinin düşünüldüyünü bildirib.
“Belə bir şey eşitməmişəm. Buna münasibət bildirə bilmərəm. Eşitdiyim tək şey Salmanın olduqca güclü şəkildə iqtidarda olmasıdır”, - Tramp cavabında deyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}