Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Türkiyənin müharibə həmləsi ABŞ-ı TƏŞVİŞƏ SALDI - Vaşinqton nə edəcəyini bilmir

Baxılıb: 626     Tarix: 14-12-2018 11:46   

ABŞ-ın baş qərargah rəisi Yosef Danford türkiyəli həmkarı Yaşar Gülərə zəng edib.
Qanunvehedef.az publika.az-a istinadla xəbər verir ki, iki komandir Türkiyənin Suriya ilə sərhəddə yerləşən ABŞ-a aid nəzarət-keçid məntəqələrinin taleyini müzakirə edib.
Bu barədə ABŞ Baş Qərargahlığının mətbuat katibi Petrik Rayder yazılı açıqlama verib.
Danford həmkarı ilə söhbətdə nəzarət-keçid məntəqələrinin Türkiyəyə qarşı Suriyadan gələn hər hansı təhdidin qarşısını almaq üçün qurulduğunu vurğulayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün ərzində Fərat çayının şərqində məskunlaşan terror təşkilatlarına qarşı ölkəsinin hərbi əməliyyatlar keçirəcəyini açıqlamışdı. Bu açıqlama ABŞ-ı dərindən narahat etmişdi. Pentaqon təktərəfli hərbi əməliyyatdan narahat olduğunu dilə gətirmiş və Türkiyəni ABŞ-la birgə hərəkət etməyə səsləmişdi. ABŞ müdafiə naziri Cim Mettis Suriya ilə Türkiyənin sərhədlərinə nəzarət məntəqələri qurmağa başladıqlarını açıqlamışdı. Lakin Pentaqon bu nəzarət-keçid məntəqələrinin neçə ədəd olacağını və harada qurulacağını bildirməyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar