Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Saakyan Muradı qovdu, yerinə Sərkisyanı gətirdi

Baxılıb: 420     Tarix: 15-12-2018 15:08   

Qondarma Qarabağ rejiminin rəhbəri Bako Saakyan özünün xüsusi məsələlər üzrə nümayəndəsi olan Murad Petrosyanı vəzifəsindən azad edib.
Qanunvehedef.az xəbər verir ki, onun yerinə qondarma rejimin “Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidməti”nin rəhbəri Karen Sərkisyan təyin edilib. Sərkisyanın vəzifəsi isə keçmiş “müdafiə naziri” Levon Mnatsakanyana həvalə edilib.
“168 Jam” qəzeti isə Saakyanın kadr dəyişikliklərini bitirmədiyi, yaxın zamanlarda daha bir neçə nəfəri də istefaya göndərəcəyini bildirib.
Qeyd edək ki, Mnatsakanyan dünən “müdafiə naziri” vəzifəsindən azad edilib. Onun yerinə “baş qərargah rəisi” Karen Abramyan təyin edilib. Abramyanın keçmiş vəzifəsi ilə Cəlal Arutyunyana verilib.
Levon Mnatskanyan 2015-ci ildə Qarabağa Movses Akopyanın yerinə göndərilib. Serj Sərkisyan sonradan Akopyanı baş qərargah rəisi edib. Mnatsakanyan Ermənistanda uzun illər ordunun təchizatına və ən gizli müqavilələrinə cavabdeh olub.
Murad Petrosyana gəldikdə isə o, əslən Qarabağdandır. Petrosyan ultrasağçı millətçilərdən sayılır. O, 60-80-ci illərdə Azərbaycan əleyhinə apardığı fəaliyyətlərə görə, daha dəqiq desək 80-ci illərdə Qarabağda ermənilər üçün silah gətirmək istərkən həbs edilib. Petrosyan Azərbaycana qarşı döyüşlərdə aktiv iştirak edib.шаблоны для dle 11.2