Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ruhaninin Türkiyəyə səfərinə ABŞ-dan baxış

Baxılıb: 686     Tarix: 20-12-2018 16:56   

İki lider arasında baş tutan bu görüşün bir neçə fərqli bucağı var.
Bu sözləri ABŞ-ın Qulf Analitik Mərkəzinin politoloqu Teodor Karasik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında bu gün baş tutan görüş haqda Qanunvehedef.az-a danışarkən deyib. O bildirib ki, görüşün əsas müzakirə mövzularından biri iqtisadi münasibətlərdir:
“Düşünürəm ki, İran məhsullarının Türkiyə vasitəsilə ixracı məsələsi əsas müzakirə predmetidir. ABŞ sanksiyaları, onun doğurduğu və doğura biləcəyi nəticələr götür-qoy ediləcək. Aydın məsələdir ki, hər iki ölkə rəhbəri manevr etmək üçün şəraiti qiymətləndirir.
İki lider üçün növbəti böyük sual Suriya böhranı, onun gələcəyi, Suriyanın gələcəyində hər iki ölkənin oynayacağı rol və bütün geosiyasi təzyiqləri nəzərə alaraq, bu ərazidə necə irəliləməyin mümkünlüyüdür. Lakin onların bu mövzuda ortaq məxrəcə gələcəklərini deməkdə çətinlik çəkirəm.
Belə olduğu halda hər iki ölkə lideri diqqətlə rəsmi Moskvanın reaksiyalarını izləyərək, Suriyada öz aralarında yaşanan konfliktləri sonlandırmalıdır”.
Qeyd edək ki, İran Prezidenti Ruhani Türkiyədə səfərdədir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}