Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tramp iddiaları təsdiqlədi: Mettis istefaya gedir

Baxılıb: 397     Tarix: 21-12-2018 11:35   
Pentaqonun rəhbəri Ceyms Mettis gələn ilin fevral ayının sonunda istefaya gedəcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“Ceyms Mettis fevralın sonunda istefaya gedəcək. Ceymsin vəzifədə olduğu müddətdə xüsusən ABŞ Silahlı Qüvvələri üçün hərbi texnika alınması sahəsində böyük uğura nail olundu”, - Tramp bildirib.
ABŞ prezidenti həmçinin yaxın vaxtlarda Mettisin yerinə namizədin kimliyinə də aydınlıq gətiriləcəyini söyləyib.
Qeyd edək ki, ötən gün “Vaşinqton Post” nəşri Mettisin Trampla Suriyadan ABŞ ordunun çıxarılması məsələsindəki fikir ayrılıqlarına görə istefaya gedə biləcəyini yazmışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}