Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

90 rus 2 min çeçenə qarşı – Putinin xatırlatdığı dəhşətli döyüş

Baxılıb: 663     Tarix: 21-12-2018 11:50   
Rusiya Prezidenti Vladimir Putinin dünənki mətbuat konfransında II Çeçen müharibəsi zamanı baş vermiş bir döyüşü nümunə göstərməsi maraqla qarşılanıb.
Qanunvehedef.az xatırladır ki, “776-cı yüksəklikdə döyüş” adı ilə tarixə düşən bu savaş 2000-ci ilin 29 fevral-1 mart tarixlərində baş verib.
Həmin vaxt Pskovda yerləşən 76-cı hərbi desant diviziyasının 104-cü paraşütçü-desant alayının 2-ci taborunun 6-cı bölüyü polkovnik-leytenant Mark Yevtyuxinin rəhbərliyi ilə Çeçenistanın Arqun şəhərində yerləşən, “776-cı yüksəklik” adlanan ərazidə məşhur səhra komandiri Xəttabın dəstələri ilə döyüşə girib.
Bu döyüş II Çeçen müharibəsi zamanı Qroznının rusların əlinə keçməsindən sonra baş verib. Döyüşdə Xəttabla bərabər Şamil Basayev də iştirak edib.
Martın 1-i saat 5 radələrində döyüş çeçen hərbi birləşmələrinin qələbəsi ilə başa çatıb.
Rusiya mətbuatı indiyə qədər döyüşdə çeçenlər tərəfindən 2500 döyüşçünün iştirak etdiyini desə də, qarşı tərəf bunu inkar edərək döyüşçülərinin sayının cəmi 700 olduğunu bildirib.
Ümumilikdə döyüşdə 84 rus desantı həlak olub. Cəmi 6 nəfər döyüşdən sağ çıxa bilib. Bu döyüş hələ də bəzi şəxslər tərəfindən bölüyə heç bir yardım göstərilməməsi iddialarıyla tənqid edilir.
Rusiya mənbələri çeçenlərin döyüşdə 400-500 itki verdiklərini bildirsə də, qarşı tərəf bu rəqəmin 20 olduğunu vurğulayır.
Qeyd edək ki, Putin mətbuat konfransında gənclərlə bağlı suala belə cavab verib:
“Gəlin Pskov desantını xatırlayaq. Məktəb partası arxasından təzə ayrılıb orduya qatılan 19-20 yaşlı 90 oğlan iki min nəfərə qarşı vuruşdu. Onlardan yalnız 6-sı sağ qaldı. Döyüş üç gün davam etdi, bir neçə dəfə əlbəyaxa döyüşə keçildi, bel və bıçaqla döyüşdülər. Budur qəhrəmanlar, budur gənclik”шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar