Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İrəvanda Paşinyana qarşı etiraz aksiyası başladı

Baxılıb: 815     Tarix: 21-12-2018 13:00   
Ermənistanın Mədəniyyət və Diaspor nazirliklərinin əməkdaşları baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın siyasətinə etiraz əlaməti olaraq tətil və hökumət binasının qarşısında etiraz mitinqi keçirirlər.
Qanunvehedef.az xəbər verir ki, dövlət qulluqçuları Paşinyanın elan etdiyi struktur islahatları və nazirliklərin aparatında aparılacaq ixtisarlara etiraz edirlər. Yeni hökumətin planına görə, hazırda fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si qalacaq. Paşinyanın bu addımı büdcədə olan kəsirlərlə bağlıdır. Diaspor Nazirliyinin isə əməkdaşlarının 90 faizinin işsiz qalacağı bildirilir.
Aksiya iştirakçılarının hökumətə yazılı müraciətində qeyd olunub ki, ölkədəki yüksək səviyyədə işsizlik şəraitində dövlət qulluqçularının küçəyə atılması sosial gərginliyi artıracaq və emiqrasiya prosesini gücləndirəcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}