Xəbər lenti
17/01/2025 [13:11]
Sabah yağış yağacaq
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ən BÖYÜK QORXU: Bu yerlər Türkiyənin əlinə keçəcək

Baxılıb: 552     Tarix: 21-12-2018 14:37   

ABŞ prezidenti Donald Trampın Suriyadan çəkiləcəyi barədə bəyanatı terror təşkilatlarına verilən silahların taleyi ilə bağlı sualı ortaya çıxardı. Bu suala cavab verən siyasi şərhçilər eyni zamanda, Fransanın "ABŞ-ın boşaldacağı yerlərə biz gələcəyik" şərhinin nə anlama gəldiyini və Türkiyəni bölgədə nələrin gözlədiyini də qiymətləndiriblər.
Qanunvehedef.az publika.az-a istinadla xəbər verir ki, Türkiyənin "Yeni Şəfəq" nəşrinə danışan ekspertlərin fikrincə, Qərbin, o cümlədən Yaxın Şərqdəki bəzi dövlətlərin ən çox qorxduqları məsələ ABŞ-ın boşaldacağı yerlərə Türkiyənin girməsidir. Terror və təhlükəsizlik üzrə ekspert, təqaüddə olan general Fahri Erenelin sözlərinə görə, ABŞ-dan böyük miqdarda silah-sursat alan terror qruplaşmalarının toplu halda harasa göndərilməsindən söhbət gedə bilməz. Onun sözlərinə görə, kürd terrorçular Afrində yaşadıqlarını Suriyanın şimalında da yaşamağa yaxındırlar. Onun sözlərinə görə, ABŞ-ın bölgəyə çatdırdığı silah-sursatın böyük hissəsi Türkiyə Silahlı Qüvvələrinin əlinə keçə bilər. "Bundan sonra, həmin silahların hansı ölkədən gəldiyini də dəqiq şəkildə görmək mümkün olacaq", - təqaüddə olan general bildirib. Fransanın "ABŞ-ın çəkiləcəyi bölgələrdə yerləşəcəyik" açıqlamasını şərh edən Erenel bildirib ki, Türkiyə, Rusiya, İran və dolayısıyla Suriya bölgənin gələcəyi ilə bağlı birlikdə qərar verəcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar