AB-dən etiraf: Bu ölkələrə təsirimizi itirmişik
Baxılıb: 660 Tarix: 25-12-2018 11:30

Qanunvehedef.az xəbər verir ki, bu məlumat Avropa Parlamentinin Xarici Siyasət Komitəsinin hesabatında yer alıb.
“Avropa Parlamenti əhəmiyyətli siyasi və maliyyə investisiyalarına rəğmən AB-nin hələ də Yaxın Şərq və Şimali Afrikada təsirini formalaşdıra bilməməyindən narahatdır. Region ölkələri artıq AB-ni təyin olunan ərazilərdə köklü dəyişikliklərin aparıcı qüvvəsi saymırlar”, – deyə hesabatda bildirilib.
Avropa Parlamenti “Ərəb baharı”yla əlaqədar regiondakı rejimlərin əksəriyyətinin devrilməsindən sonra böyük ümid və gözləntilərinin olduğunu, amma bununla bağlı heç bir uğur əldə edilmədiyini qeyd edib:
“8 il keçməsinə rəğmən, gözləntilərin əksəriyyəti özünü doğrultmayıb. Bununla belə AB-nin regionda siyasi təsirini artırması vacibdir”.
Hesabatda Avroparlament regiona Rusiya və Çin kimi yeni siyasi və iqtisadi oyunçuların təsirindən narahat olduğunu deyib.
Ən çox oxunanlar
Son xəbərlər