Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ərdoğanın imtina etdiyi BVF Türkiyəyə qayıdır? – ABN Amro

Baxılıb: 616     Tarix: 26-12-2018 12:01   

Türkiyə Beynəlxalq Valyuta Fondu ilə çalışa bilər.
Qanunvehedef.az xəbər verir ki, bu məlumat Hollandiyanın “ABN Amro” investisiya bankının hesabatında yer alıb.
“Struktur islahatlarına hədəflənən formalaşdırılmış maliyyə paketi yaxşı potensial yarada bilər. Türkiyədə vergi reformlarını hədəfləyən şəffaf plan siyasətçilərə etibarı artıracaq ki, bu da maliyyə bazarları tərəfindən müsbət qarşılanacaq. BVF-nin Türkiyəyə böhranda yol göstərmək üçün yardım etdiyi xəbərləri artmağa başlayır və bu da struktur islahatları ümidini artırır”, – deyə hesabatda bildirilib.
Hesabatda həmçinin Türkiyə iqtisadiyyatının 2019-cu ilin ilk 3 rübü boyunca durğunluq dövrü yaşayacağı açıqlanıb, Branson və Qaşıqçı hadisələrinin Qərblə münasibətlərə müsbət təsir etdiyi vurğulanıb.
Bank Türkiyənin 2020-ci ildə iqtisadi artımının 2,5% olacağını qeyd edib.
Qeyd edək ki, Türkiyə BVF-yə borcunu tam ödədikdən sonra bu qurumla əməkdaşlığı dayandırıb. Rəsmi Ankara BVF-nun ölkələrin müstəqil siyasətinə mane olduğu və supergüclərin əlində alətə çevrildiyini düşünür.



Ən çox oxunanlar
{sape_links}{sape_article}