Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tramp İraqda baş nazirlə görüşmədi – Qəribə səbəb

Baxılıb: 697     Tarix: 27-12-2018 11:59   

ABŞ Prezidenti Donald Trampla İraq Baş naziri Adil Əbdül Mehdi arasında Bağdadda görüş olmayıb.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı İraq Nazirlər Kabineti yayıb. Məlumata görə, görüş tərəflər arasındakı fikir ayrılığı ucbatından baş tutmayıb. Belə ki, Vaşinqton Trampın səfəriylə bağlı Bağdadı yalnız 26 dekabrda – səfərin gerçəkləşdirildiyi anda xəbərdar edib.
Tərəflər yalnız telefonda danışıblar. Telefon danışığı zamanı iki ölkə lideri regiondakı situasiyanı, xüsusilə də Suriyanı müzakirə ediblər.
Ağ Evin mətbuat katibi Sara Sanders isə bu gün jurnalistlərə açıqlamasında Trampın yerinə İraq baş naziriylə ABŞ Dövlət katibi Mayk Pompeonun görüşəcəyini deyib. O, görüşün 11 yanvarda baş tutacağını söyləyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}