Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İsrail Süleymanini Suriyada öldürdü – Sensasion iddia

Baxılıb: 643     Tarix: 27-12-2018 12:03   

İsrail ordusunun Suriyanın Cumraye tədqiqat mərkəzinə endirdiyi aviazərbələr nəticəsində 17 zabit və əsgər həlak olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə informasiya Suriya müxalifətindəki "etibarlı mənbələr"ə istinadən yayılıb. Məlumata görə, öldürülənlər arasında 3 yüksək vəzifəli İran zabiti də olub. Öldürülən iranlı zabitlərdən birinin briqada generalı, ikisinin isə polkovnik olduğu vurğulanıb.
Sayt həmçinin sosial şəbəkələrdə SEPAH-ın Qüds briqadasının komandiri Qasım Süleymaninin öldürülməsi barədə məlumatların yayıldığını bildirib. Bu şayiələri general Süleymaninin İranın məşhur din və dövlət xadimi Mahmud Haşemi Şahrudinin dəfn mərasimində iştirak etməməsi daha da gücləndirib.
Tehran hələlik Suriyada iranlı zabitlərin öldürülməsi xəbərini təsdiq etməyib.
Qeyd edək ki, 2 gün öncə İsrail qırıcıları Livan hava məkanında Suriya ərazisinə girərək, Dəməşq yaxınlığında hərbi bazaları hədəf almışdılar. İsrail zərbələrin İran bazalarına endirildiyini açıqlamışdı.



{sape_links}{sape_article}