Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Vəliəhdin həbs etdiyi şəxsi kral nazir etdi – Ər-Riyad dəyişir?

Baxılıb: 639     Tarix: 28-12-2018 11:23   

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr istefaya göndərilməsindən sonra xarici işlər üzrə dövlət naziri təyin edilib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Sabq” portalı yayıb. Məlumata görə, Cübeyr bu vəzifə sayəsində de-fakto ölkə diplomatiyasını idarə edəcək.
Sayt bildirib ki, dəyişiklik XİN-in işində islahatlar həyata keçirilməsi üçün lazımdır. Belə ki, İbrahim Assaf XİN rəhbəri kimi nazirliyin strukturunda yenilənmələrin aparılmasıyla məcğul olacaq, Cübeyr isə Səudiyyə diplomatiyasının faktiki idarəçiliyini həyata keçirəcək.
Qeyd edək ki, Adil Cübeyr dünən XİN rəhbəri vəzifəsindən azad edilib. Onun yerinə İbrahim Assaf təyin edilib. Assaf ölkənin keçmiş maliyyə naziri olub. O, 2017-ci ilin noyabrında korrupsiya skandalına görə, onlarla iş adamıyla birgə Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən həbs edilib.шаблоны для dle 11.2