Putin komandasının sirri Navalnıya niyə çatdırılır?
Baxılıb: 696 Tarix: 28-12-2018 11:25
Rusiyanın güc klanları arasında qarşıdurma kəskinləşib.
Qanunvehedef.az xəbər verir ki, bu fikir rusiyalı eks-deputat Konstantin Borovoyun “Apostrof” saytında dərc olunan məqaləsində yer alıb.
“Federal Təhlükəsizlik Xidməti Rusiya Milli Qvardiyasına məhsulların tədarükü məsələsində müdafiə məhsulları sifarişi haqqında qanunun pozulması iddiası ilə cinayət işi açıb. Bu, Kremlin daxilində müxtəlif qrupların apardığı rəqabət və mübarizədir. Onlar prezidentə yaxınlıqları, maliyyələşmə, Putinin gedişindən sonra düşə biləcəkləri situasiya uğrunda mübarizə aparırlar. Onlara keçid dövründə öz təsirlərini saxlamaq vacibdir. Yəni biz çox sərt rəqabət görürük və o, əsasən qeyri-sivil formada aparılır. Güc strukturları diplomatik mübarizə vasitələrinə sahib olmadıqları üçün adətən intriqa vasitələrindən yararlanırlar.
Milli Qvardiyanın rəhbəri Viktor Zolotov informasiya məkanına daxil olmağa və məşhur fiqura çevrilməyə cəhd etdi. Onu ilk növbədə rəqibləri sezdilər və başa düşdülər ki, o öz təsirini gücləndirmək istəyir. Buna görə də onunla mübarizəyə başladılar. Mən bildiyim qədər, Milli Qvardiyaya qarşı ilk kompromatı Navalnı xüsusi xidmət orqanlarındakı kuratorundan (“Rotex” rəhbəri Sergey Çemezov – red.) alıb. Bu kompromat Zolotovu özünə haqq qazandırmaq və Navalnıya qarşı cavab üçün hərəkətə keçməyə məcbur etdi. Bununla FTX-çilər öz istəklərinə çatdılar.
Zolotov öz-özünə ciddi zərər vurdu. Əgər o, Navalnıya qarşı getməyib, məsələni ictimailəşdirməsəydi, Navalnının digər kompromatları kimi rahatlıqla yoxa çıxacaqdı. Bir daha deyirəm ki, baş verənlər Kremlin daxilindəki rəqabətdir. Bu mübarizə destabilizasiya göstəricisi deyil. Putinin özü də bu mübarizəni dəstəkləyir. Hakimiyyətinin ilk illərində Putin çalışırdı ki, hər şeyi bir əldə cəmləsin. O zaman FTX çox aktiv şəkildə ordu, QRU və digər xüsusi xidmət orqanlarına nəzarət etməyə başladı. Zamanla o qərara aldı ki, daha optimal texnologiya rəqabətdir. Bu, əslində təhlükəlidir. Ona görə ki, nə zamansa onlar Putinin özünün problemlərin mənbəyi olduğunu başa düşəcəklər. Bu situasiyanın özü hansısa sui-qəsdə gətirib çıxarmayacaq. Bu qruplar mövcudluqlarının Putindən asılı olduğunu anlayırlar. Putinin ətrafındakı oyunçulardan biri ciddi gücləndiyi halda digərləri onu dişləməyə və parçalamağa çalışırlar. Məsələn, SSRİ zamanında bu, “xalça altında buldoqların mübarizəsi” adlanırdı.
Bu mübarizə Donbasda özünü göstərməyəcək. Belə ki, buranın özünün kifayət qədər spontan və çətin situasiyası var. Buranın büdcəsiylə bağlı vəziyyət pisdir. Zamanında böyük maliyyələşmənin ayrıldığı “Rus dünyası” layihəsinin yönü sakitcə dəyişdirilir. Fərqli iştirakçılar ondan uzaqlaşmağa çalışırlar. Ona görə ki, bu layihənin bu və ya başqa vasitə ilə tezliklə bağlanacağı aydındır”, – deyə məqalədə bildirilib.
Ən çox oxunanlar
Son xəbərlər