Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Putin Krım uğrunda böyük müharibəyə hazırdır – KİV

Baxılıb: 702     Tarix: 31-12-2018 14:37   
Rusiya Prezidenti Vladimir Putin Krım uğrunda böyük müharibəni başlatmaq üçün bəhanə axtarır.
Qanunvehedef.az xəbər verir ki, bu iddia ilə “Krım Realiya” saytı çıxış edib.
“Bu müharibə rejimin məhvi olsa belə, Putin bu savaşa hazırdır. Ukrayna hərbi gəmilərinin ələ keçirilməsi buna açıq işarə idi. Krımda Putin rejimi genişmiqyaslı aqressiya üçün hər şeyə sahibdir. Rusiyada hesab edirlər ki, Ukrayna ordusu 2014-cü ildəki səviyyədədir. 4 il ərzində Ukrayna müasir ordu qurmağı bacarıb. Hər bir halda bu savaş III Dünya savaşının başlanğıcı olsa belə, o, Rusiyanın özü üçün pis nəticələrə, daha dəqiq desək, süqutuna gətirib çıxaracaq. Burada Putin rejiminin tam sonu yaxınlaşacaq. Problem odur ki, Putin rejimi özünüməhvə belə hazırdır, buna görə də o heç vaxt olmadığı qədər təhlükəlidir. Müharibə başlayacağı halda Krım tatar xalqını yeni deportasiya gözləyəcək. Bu dəfə onları Sibirə sürgün ediləcəklər”, – deyə sayt bildirib.шаблоны для dle 11.2