Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Putinlə Paşinyan razılaşdı: Qazın qiyməti qalxır

Baxılıb: 719     Tarix: 31-12-2018 14:50   
Ermənistan üçün verilən rus qazının qiyməti artacaq, amma istehlakçı bunu hiss etməyəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu Feysbuk hesabındakı canlı yayım zamanı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib.
“Dünən iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdım. Müzakirə mövzusu Ermənistana tədarük edilən qazın qiyməti oldu. Deyə bilərəm ki, biz minimum yaxın gələcək üçün razılaşdıq”, – deyə o bildirib.
O, “Qazprom” və “Qazprom Ermənistan”ın qaz qiymətinə yenidən baxmalı olduğunu deyib.
Paşinyan yeni qərar sayəsində Ermənistanın hansısa borclar alacağı və bundan sonra Rusiyaya hansısa aktivləri verəcəyi ilə bağlı yayılan fikirlərin həqiqət olmadığını bildirib.
O, Putinlə yalnız qaz qiymətləri məsələsini müzakirə etdiyini və digər heç bir məsələyə toxunmadığını bildirib.
Paşinyan qaz qiymətlərinin müzakirəsinə yenidən qayıdacaqlarını və bu razılaşmanın müvəqqəti olduğunu deyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}