Çinin uyğur türklərinə zülmü davam edir - Sayları 3 milyona çatdı
Baxılıb: 407 Tarix: 01-01-2019 14:22

İ.Dolkun BMT-nin Çinə qarşı konkret addımlar atmamaqda ittiham edir. Onun sözlərinə görə, Türkiyə hökumətindən gözlədikləri dəstəyi də ala bilmirlər: "Türkiyədə 50-60 min uyğur yaşayır amma onların ailələri, yaxınları və qohumları həmin düşərgədədir. Türkiyə BMT-də bu barədə narahatlığını dilə gətirdi amma bu çox zəif reaksiyadır. Həmin düşərgələrdə uyğurlar psixoloji və fiziki işkəncələrə məruz qalır. Şərqi Türkistanlıların "çinliləşdirilir", komunistləşdirilir, milli və dini mənsubiyyəti unutdurulmağa çalışılır. Məhz bu səbəbdən Türkiyə hökumətinin daha aktiv olmasını gözləyirik".
Ən çox oxunanlar
Son xəbərlər