Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rusiya ilə sülh müqaviləsi imzalamaq üçün... - Abe

Baxılıb: 464     Tarix: 01-01-2019 15:24   
Yaponiyanın Baş naziri Şinzo Abe xalqa Yeni il müraciətində ölkədə əhalinin sürətlə qocalması fonunda doğumun azalması probleminin aradan qaldırılmasına çalışacağını bəyan edib.
Qanunvehedef.az xəbər verir ki, baş nazir hökumətin uşaqların gələcəyi üçün fəal şəkildə investisiyalar yönəldəcəyini deyib. Cari ilin oktyabrından başlayaraq Yaponiyada məktəbəqədər uşaqlar üçün ödənişsiz təhsilin tətbiq olunacağı gözlənilir. Ş.Abenin sözlərinə görə, hökumət sosial-təminat sistemini bütün nəsilləri əhatə edəcək formada yenidən qurmağı planlaşdırır.
Müraciətində Yaponiyanın müharibədən sonrakı diplomatiyasına toxunan baş nazir Rusiya ilə sülh müqaviləsinin imzalanması məqsədilə qətiyyətli addımlar atılacağını da bildirib.
2019-cu ilin mayında vəliəhd-şahzadə Naruhitonun İmperator taxtına çıxacağını xatırladan Ş.Abe yeni eranın cəmiyyətini formalaşdırmaq üçün bütün gücünü sərf edəcəyini deyib.



{sape_links}{sape_article}