Xəbər lenti
11/07/2025 [12:35]
Sabah hava necə olacaq?
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Türkiyədə "Sarı jiletlilər" hərəkatı planlaşdırılıb?

Baxılıb: 488     Tarix: 01-01-2019 15:42   
Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin bir sıra şəhər və rayonlarında antiterror əməliyyatı keçirib.
Qanunvehedef.az xəbər verir ki, İzmirdə 10, Konyada 5, Elazığda 5 nəfər İŞİD terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinərək həbs olunub. Saxlanılanlardan ikisi türkiyəli, qalanları Suriya vətəndaşıdır.
İzmirdəki əməliyyatda axtarış keçirilən ünvanlardan çox sayda sarı jilet aşkarlanıb. Güman edilir ki, sözügedən şəxslər Türkiyədə təxribata cəhd göstərməyə hazırlaşırlarmış.
Kocaelidə də İŞİD terrorçu qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib. İŞİD üzvü olmaqda ittiham edilən Suriya əsilli 3 nəfər saxlanılıb. Onlardan biri terror təşkilatı üçün bomba düzəldən mütəxəssis kimi axtarışda olub.шаблоны для dle 11.2