Xəbər lenti
11/07/2025 [12:35]
Sabah hava necə olacaq?
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Saakyandan Paşinyana qarşı növbəti addım

Baxılıb: 578     Tarix: 03-01-2019 11:54   

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan Ermənistanın yeni rəhbərliyinin əleyhinə daha bir addım atıb.
Qanunvehedef.az xəbər verir ki, Saakyan dünən Xankəndidə Ermənistan parlamentinin sədri, Serj Sərkisyanın Respublikaçılar Partiyasının hakimiyyətdəki sonuncu ən yüksək vəzifəli nümayəndəsi olan Ara Babloyanı qəbul edib. Saakyan Babloyanla təkbətək və genişləndirilmiş tərkibdə görüş keçirib.
Görüşlərdən sonra Saakyan bir müddət sonra spiker vəzifəsini itirəcək Babloyanı “Mesrop Maştots” ordeni ilə təltif edib.
Bu, son iki həftə ərzində Saakyanın rəhbərlik etdiyi separatçı rejimin Paşinyan hökumətinə qarşı ikinci addımıdır. Belə ki, bundan öncə qondarma rejimin “parlamenti” Köçəryanın azadlığa buraxılması tələbiylə çıxış edib. Sənədə üç partiya – “azad vətən”, “demokratik”, “88 hərəkatı” səs verib. Ümumilikdə Köçəryanın azadlığı tələb edən “deputatların” saytı 23 nəfər təşkil edib.
“Demokratik partiya”ya hazırkı spiker Aşot Qulyan, “azad vətən partiyası”na isə keçmiş “baş nazir” Araik Arutyunyan rəhbərlik edir. Arutyunyan həmçinin separatçı rejimdə boz kardinal kimi tanınır. Belə ki, bir müddət əvvəl mətbuat Paşinyanın Saakyanın yerinə məhz onu separatçı rejimə rəhbər gətirmək istədiyi haqqında məlumat yayıb.шаблоны для dle 11.2