Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Tramp ordunu Suriyadan çıxarmaq fikrindən daşındı?

Baxılıb: 770     Tarix: 03-01-2019 13:00   

ABŞ öz ordusunu Suriyadan tələsik çıxarmayacaq.
Bu sözləri Qanunvehedef.az-a ABŞ Prezidenti Donald Trampın Suriya ilə bağlı açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Trampın qərarındakı dəyişikliyin səbəblərinə aydınlıq gətirib:
“Birincisi, ABŞ ordusunun Suriyadan çıxarılması Trampın şəxsi mövqeyi idi. ABŞ prezidenti bu mövqeyini Dövlət Departamenti, Pentaqon, Müdafiə Nazirliyi və milli təhlükəsizlik üzrə müşaviri ilə razılaşdırmamışdı. ABŞ Müdafiə naziri Ceyms Mettis və İŞİD-lə mübarizə üzrə koalisiyasının xüsusi nümayəndəsi Bret Makqark da Trampın sözügedən qərarına etiraz olaraq istefa verdilər. Onlar ABŞ-ın kürdlərə dəstəyinin tərəfdarı idilər. Bu mənada Trampın Suriya ilə bağlı yeni açıqlaması ABŞ ordusunun Suriyadan tamamilə çəkilməsi məsələsini şübhə altında qoydu. Zənnimcə, bu ani dəyişikliyə səbəb Trampın müşavirləri ilə razılaşmasıdır. Görünür, Trampı Suriyadan tələsik çıxmağın və kürdləri dəstəksiz buraxmağın yanlış addım ola biləcəyinə inandırıblar. Ona görə də Tramp hazırda geri addım atmış kimi görünür. Bu baxımdan da hesab edirəm ki, ABŞ və Tramp artıq ikinci qərardan çıxış edərək hərəkət edəcəklər. Yəni ABŞ Suriyanı tələsik tərk etməyəcək. Böyük ehtimalla, Vaşinqton kürdləri tam dəstəksiz buraxmayacaq”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun Suriyadan çıxsa belə, buradakı kürdləri qorumaq niyyətində olduğunu açıqlayıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar