Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABŞ-dan Ankaraya “Patriot” təklifi

Baxılıb: 939     Tarix: 03-01-2019 16:32   

ABŞ Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin satışı ilə bağlı təklif verib.
Qanunvehedef.az xəbər verir ki, ABŞ-dan gələn nümayəndə heyəti Ankarada Müdafiə Sənayesi İdarəsi, XİN və Müdafiə Nazirliyindəki həmkarları ilə danışıqlar aparır.
Danışıqlar zamanı ABŞ hökumətinin “Patriot”ların satışı ilə bağlı təklifi Türkiyə tərəfinə bildirilib. Türkiyə tərəfinin sistemin qiyməti və texnologiyasının paylaşılmasına dair gözləntiləri ABŞ rəsmilərinin nəzərinə çatdırılıb.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində “Patriot” sistemlərinin Türkiyəyə satışına 19 dekabr tarixində icazə vermişdi. Rəsmi Ankara “Patriot” sistemlərinin satışı üçün Moskva ilə bağlanmış S-400 müqaviləsinin ləğv edilməsinin ilkin şərt kimi irəli sürülməsinə etiraz etmişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}