Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Səudiyyə Ərəbistanında "böyük irəliləyiş": kişilər qadınları yazılı ərizə ilə boşaya biləcəklər

Baxılıb: 425     Tarix: 06-01-2019 17:25   
Səudiyyə Ərəbistanında qadınların xəbəri olmadan boşanmanı qadağan edən qanun qəbul edilib. Buna görə də artıq qadınlar boşandıqları barədə xəbəri yazılı şəkildə ala biləcəklər.
Qanunvehedef.az musavat.com-a istinadən xəbər verir ki, yeni qanun bazar günündən qüvvəyə minir. Məhkəmələr qadınlara boşanmaları barədə yazılı arayış təqdim etməlidirlər.
Yerli qadın hüquqşünaslar yeni qanunun "gizli boşanmalara" son qoyacağını bildirirlər. Səudiyyə Ərəbistanında kişilər bu vaxta qədər qadınlarla bu məsələdə istədikləri kimi davranmaq hüququna malik olublar.
Qadın haqları təşkilatları Səudiyyə Ərəbistanı üçün "böyük irəliləyiş" hesab olunan bu qanunla zərif cinsin nümayəndələrinin öz haqlarını daha təsirli şəkildə müdafiə imkanı qazanacağını, ailədəki vəziyyətləri barədə daim xəbər tutacaqlarını və alimentə belə, iddia edə biləcəklərini bildirirlər.шаблоны для dle 11.2