Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Minlərlə insan Sarıqamışa yollandı - Foto

Baxılıb: 817     Tarix: 06-01-2019 18:10   
Türkiyənin bütün bölgələrində Sarıqamış hərəkatının 104-cü ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub. Əskişəhər, Trabzon, Şanlıurfa, Şırnak, Ədirnə və digər şəhərlərdə Sarıqamış şəhidlərinin xatirəsinə ehtiram olaraq anım tədbirləri keçirilib. Ayrı-ayrı şəhərlərdən insanlar dəstə-dəstə Sarıqamışa axışıblar.
Azərtac xəbər verir ki, ən böyük tədbir Qars vilayətinin Sarıqamış rayonunda keçirilib. Daxili İşlər naziri Süleyman Soylu, Gənclər və İdman naziri Məhməd Məhərrəm Qəssaboğlu, Sənaye və Texnologiyalar naziri Mustafa Varank, millət vəkilləri və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən yürüşə 20 mindən çox insan qatılıb.
“Allahu Əkbər” dağında təşkil olunan mərasimdə Sarıqamış şəhidlərinin ruhuna dualar oxunub.
Qeyd edək ki, Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək ölkənin şərqində Sarıqamış əməliyyatını həyata keçirib. Bölgədəki “Allahu-Əkbər” dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi donaraq və aclıqdan həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi qəbul edilir.
шаблоны для dle 11.2