Bu ölkədə hərbi çevrilişə cəhd – Qiyamçılar həbs olundu
Baxılıb: 429 Tarix: 07-01-2019 15:44
Afrika ölkəsi Qabonda hərbi çevriliş baş verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Yeni akit” məlumat yayıb.
Dövlət radiosundan xalq səslənən baş leytenant Ondo Obianq Kelli idarəetməni ələ keçirdiklərini bildirib.
O, general Ntumpa Lebanini Milli Məclisə dəvət edib və qurumların, din adamlarının burada keçiriləcək iclasa qatılması üçün çağırış edib.
Qeyd edək ki, ölkə prezidenti Əli Bonqo hazırda Mərakəşdə müalicə alır.
***
Güc strukturları Qabonda dövlət radiostansiyasının binasını ələ keçirən qiyamçı hərbçiləri həbs edib.
Bu barədə Qabon hökumətinin səlahiyyətlərinin icra edən Kommunikasiya naziri Qi-Bertrana Maponqu məlumat verib.
Nazirin sözlərinə görə, qiyamçılardan 4-ü həbs edilib, 1 nəfər isə qaça bilib.
Afrika Birliyi də Qabondakı çevrilişə cəhdlə bağlı bəyanat yayıb. Qurumun komissiya sədri Musa Faki ölkədəki hərbi çevrilişə cəhd hadisəsini pislədiklərini deyib.
“Afrika Birliyi bu gün səhər Qabonda baş vermiş çevrilişə cəhdi qəti şəkildə pisləyir. Bildirmək istəyirəm ki, Afrika Birliyi konstitusiyaya zidd bütün hakimiyyət dəyişikliyi cəhdlərini qəbul etmir”, - Faki bildirib.
Ən çox oxunanlar
Son xəbərlər