Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Boltonun İrana zərbə endirmək təklifi niyə qəbul edilmədi?

Baxılıb: 675     Tarix: 14-01-2019 13:53   

ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmurları ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İranla konflikti provokasiya etməsindən narahatdırlar.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” yayıb. Məlumata görə, həmin dövrdə ABŞ Müdafiə naziri Ceyms Mettis və digər hərbi rəislər Boltonun İrana cavab zərbəsi endirmək təklifinə qarşı çıxıblar. Qəzetə danışan mənbə bu cavab zərbəsinin endiriləcəyi təqdirdə İranla hərbi konflikt yaşanacağı, eləcə də İraqın ABŞ qoşunlarının ölkədən çıxarılmasıyla bağlı sərt mövqe tutmasına səbəb olacağını bildirib.
Qeyd edək ki, dünən “Vol Strit Jurnal” qəzeti Boltonun Pentaqona İrana zərbə endirilməsi variantlarının gözdən keçirməsini təklif etməsi haqqında məlumat yayıb. Məlumata görə, Bolton bu zərbənin ABŞ-ın Bağdaddakı səfirliyinə minaatanlarla hücuma cavab olaraq endirilməsini istəyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}