Çavuşoğludan Trampa cavab: Tvitini niyə atdığını bilirik!
Baxılıb: 718 Tarix: 14-01-2019 14:56
Strateji müttəfiqlər Tvitter, sosial şəbəkələr vasitəsilə danışmazlar.
Qanunvehedef.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Cənab Tramp prezidentimizə iki dəfə zəng edərək, Suriyadan çıxmaq istədiklərini dedi. İki gün əvvəl Pompeo ilə görüşdük, Bolton ölkəmizə səfər etdi. Bizə verilən sənədlərə qarşılıq olaraq bizim də cavabımız ABŞ-a göndərilir. 30 kilometrlik təhlükəsizlik bölgəsi yaradılması ABŞ-ın fikri deyil. Bu, prezidentimizin Rusiya da daxil olmaqla, bütün avropalılara təklifidir. Hər görüşdə bunu gündəmə gətirmişik. Obama rəhbərliyi bu təklifi real qəbul etmirdi. Bəhanələr gətirərək, fikrimizi dəstəkləmədilər. İndi Türkiyənin qətiyyətini görüb, bu fikri yenidən ortaya atıblar.
Bizim dərdimiz nədir? Suriyanı bölmək istəyən terror təşkilatı var. Biz bu terror təşkilatını hədəfə götürürük. Trampa dəfələrlə bəyan etmişik ki, kürdlərin düşməni deyilik. Kürdləri ən çox müdafiə edən ölkə biz olmuşuq. Kürd qardaşlarımızın haqlarını bundan sonra da müdafiə etməyə davam edəcəyik”, – deyə o bildirib.
Çavuşoğlu Trampa qarşı təzyiqləri Türkiyənin anladığını deyib:
“Trampın düşdüyü situasiyanın çətinliyini bilirik. Ona qarşı təzyiqlər var. Təhlükəsizliklə bağlı bölmələri ABŞ-ın Suriyadan çıxmaması üçün təzyiqlər edirlər. Son tvitin daxili siyasətə aid olduğunu bilirik. Onun istifadə etdiyi təhdid dilinə gəlincə isə biz heç bir təhdiddən qorxmuruk. Bunu dəfələrlə bəyan etmişik. Türkiyəni iqtisadi baxımdan təhdid edərək nəsə əldə etmək mümkün deyil”.
Ən çox oxunanlar
Son xəbərlər