Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ-dan ŞOK ADDIM: Səddam Hüseynin 40 min əsgəri və PKK Türkiyəyə qarşı...

Baxılıb: 475     Tarix: 19-01-2019 19:16   
PKK terror təşkilatı İraqda 4-cü böyük düşərgəsini qurmağa hazırlaşır.
Qanunvehedef.az publika.az-a istinadla xəbər verir ki, təşkilat Kandil, Mahmur və Sincar şəhərlərindən sonra İrana qarşı mübarizə aparan "Xalqın Mücahidləri" təşkilatının düşərgəsinə yerləşəcək.
Bu düşərgəni PKK-ya ABŞ bağışlayıb. Düşərgə İraqın sabiq lideri Səddam Hüseyn tərəfindən 1986-cı ildə inşa edilərək "Xalqın Mücahidləri" təşkilatına verilmişdi. Diyala bölgəsində qurulan Əşrəf düşərgəsində əsgərlərə hərbi təlim və siyasi təhsil verilib.
1970-1980-ci illərdə İranda xidmət göstərən 20-dən çox amerikalı əsgəri sui-qəsdlə öldürən təşkilat 1991-cı ildə I Körfəz Müharibəsi və 2003-cü il İraqın işğalı dövründə ABŞ-a qarşı da mübarizə aparıb. Təşkilatın lideri Məryəm Rəcai də İraqın işğalına dəstək verən Peşmərgə və PKK-ya qarşı mərhəmətsiz olmaları üçün əsgərlərinə əmr verib. ABŞ Xüsusi Qüvvələri 2013-cü ildə düşərgəyə hərbi əməliyyat təşkil edib. Həmin vaxt düşərgədə 6 min hərbçi, 20 tank və minlərlə silah-sursat olub. Əsgərlər ABŞ ilə razılaşaraq silahlarını təslim edib və silahlı fəaliyyət dövrünə son qoyduqlarını açıqlayıb. 2013-cü ildən sonra düşərgə ABŞ-ın nəzarətinə keçib. Bu il isə düşərgənin ətrafnda olan Haşdi Şabi birlikləri bölgədən uzaqlaşdırılıb. Sözügedən düşərgədə vaxtilə 40 min "Xalqın Mücahidləri" üzvünə təlim keçilib.
İndi isə ABŞ buraya PKK-nı yerləşdirəcək. Məlumata görə, PKK burada məskunlaşandan sonra İraqın içərilərinə doğru yayılacaq. Beləcə, ABŞ PKK-nı Türkiyənin hərbi əməliyyatlarından qoruyacaq. Terrorçuların Suriyadan İrana köçürülməsində düşərgə ana qərargah rolunu oynayacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar