Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İki aylıq sevgi: Müsəlman kral xristian arvadına toyda hicab taxdırmışdı, indi isə boşanır - FOTO

Baxılıb: 784     Tarix: 24-01-2019 12:39   

Malayziyanın 49 yaşlı kralı V Muhammed iki ay əvvəl ailə həyatı qurduğu "Miss Moskva – 2015"in qalibi 25 yaşlı Oksana Voyevodina ilə ayrılmaq qərarına gəlib.
Xatırladaq ki, 2018-ci il noyabrın 22-də baş tutan toy mərasimi qızğın müzakirələrə səbəb olub.
Rusiyalı gözələ görə kral bu ilin yanvarında taxtdan imtina edib.
Oksana Voyevodina İslamı qəbul edib və açıq-saçıq fotolarını sosial şəbəkədən silib. Bir müddət öncə isə onun hamilə olması ilə bağlı məlumatlar yayılıb.
Portalın verdiyi məlumata görə, indi isə kralın Moskva gözəlindən boşanmaq istədiyi üzə çıxıb.
Bildirilib ki, kral Oksanadan soyuyub və onların münasibətlərində qalmaqallar yaşanıb.
Qeyd edək ki, toy mərasimi Moskvanın "Barvixa" konsert zalında baş tutub. Toy Rusiya adət-ənənəsi ilə, ancaq spirtli içkisiz keçirilib, sonra isə gəlin hicab taxıb.
Şayiələrə görə, kral və "Miss Moskva – 2015"in qalibi yarım il əvvəl Avropada tanış olmuşdu.
mənbə: oxu.az








Ən çox oxunanlar
{sape_links}{sape_article}