Xəbər lenti
11/07/2025 [12:35]
Sabah hava necə olacaq?
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Gürcü kilsəsi susur, müsəlmanlar isə Ukraynanı təbrik edir

Baxılıb: 833     Tarix: 24-01-2019 16:40   

Gürcüstan Şiə Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Mirtağı Əsədov və Marneulidəki “İmam Əli” məscidinin axundu Hacı Hacıyev Ukrayna Pravoslav Kilsəsini avtokefaliya münasibətiylə təbrik edib.
Qanunvehedef.az xəbər verir ki, təbrikdə Ukrayna kilsəsinin uzun illər Rusiyanın təsiri altında olduğu bildirilib və avtokefaliya bütün ukraynalılar üçün böyük uğur adlandırılıb. Həmçinin avtokefaliyanın Ukraynanın imperiya təsirindən azad olması üçün vacib addım olduğu vurğulanıb.
Jurnalistlərə açıqlama verən Mirtağı Əsədov Gürcüstan Pravoslav Kilsəsinin bu məsələ ilə bağlı mövqeyini anladığını deyib:
“Rusiya işğal edilmiş Abxaziya və Cənubi Osetiyadakı kilsələrin müstəqilliyini tanımır. Ona görə də Gürcüstan Patriarxlığının Ukrayna kilsəsinin avtokefaliyasını tanımaqda ehtiyat nümayiş etdirməsi başa düşüləndir”.
Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsi hələ də Ukrayna Pravoslav Kilsəsini avtokefaliya münasibətiylə təbrik etməyib. Gürcüstan kilsəsinin bu addımı ölkənin özündəki bəzi din xadimlərinin etirazına səbəb olub.шаблоны для dle 11.2