Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ermənistanın milli qəhrəmanı olan rus senator Nikola görə işdən çıxdı

Baxılıb: 435     Tarix: 30-01-2019 14:40   
Rusiya və Ermənistan Parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Nikol Rıjkov vəzifəsindən azad edilib.
Qanunvehedef.az“Jamanak” qəzetinə istinadən xəbər verir ki, onu Rusiya Dumasının vitse-spikeri Pyotr Tolstoy əvəz edib. Buna səbəb Rıjkovun keçən ilin aprelində Ermənistan Baş naziri Nikol Paşinyanın ünvanına təhqiramiz ifadə işlətməsi olub.
Qeyd edək ki, keçən ilin aprelində Rıjkov erməni deputatlarla görüşü zamanı Ermənistandakı hadisələri Ukraynadakı Maydanla müqayisə edib və Paşinyanı axmaq adlandırıb. Bu zaman Rıjkovla Edmon Marukyan və Naira Zöhrabyan arasında toqquşma yaşanıb.
Rıjkov Ermənistanın milli qəhrəmanı sayılır. 2003-cü ildən Federasiya Şurasının üzvü olan Rıjkov bu ada Spitak zəlzələsindəki fəaliyyətinə görə layiq görülüb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}