Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qarabağlı general İrəvanla “münasibətləri” gərginləşdirir

Baxılıb: 1 438     Tarix: 31-01-2019 14:30   
Vitali Balasanyan “Qarabağın prezidenti” vəzifəsinə heç bir klanın yox, yalnız xalqın namizədi olaraq gedəcəyini bildirib. Bununla da qarabağlı general İrəvanla separatçı rejim arasında münasibətləri gərginləşdirir.
Qanunvehedef.az xəbər verir ki, bu sözlər erməni jurnalist Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Balasanyan bununla İrəvanın onun istefasını istədiyini gizlətmir və çıxışıyla istefaya getməyəcəyinə dair mesaj verir:
“Qarabağın “büdcəsi” Ermənistan büdcəsindən ayrılan vəsaitlər hesabına formalaşdırılır. Əgər Balasanyan Ermənistanın Qarabağın daxili işlərinə müdaxilə etməməsi gərəkdiyini düşünürsə, o zaman niyə Robert Köçəryan Ermənistanda hakimiyyəti işğal edərkən səsini çıxartmırdı? Niyə Balasanyan məhz indi Ermənistanın daxili işlərinə müdaxilə edib, 1 mart hadisələrindən bəhs edir? Təhlükə ondan ibarətdir ki, Ermənistan və Qarabağ “hökumətləri” arasında ayrılıq zaman keçdikcə artır. Qarşıdurma artıq çoxqatlıdır və təkcə Qarabağ konfliktinin həlli prosesinə aid deyil. Bu mənada gələn il Qarabağda baş tutan “prezident seçkisi” intriqa yarada bilər”.



{sape_links}{sape_article}