Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nikol KTMT-yə, Rusiya maraqlarına ağır zərbə endirdi

Baxılıb: 798     Tarix: 01-02-2019 15:08   

Ermənistanda “narıncı çevriliş” baş verib. Onun nəticələri narahatlıq yaratmaya bilməz. Belə ki, hakimiyyətə həm şüurlu, həm də şüuraltı şəkildə antirusiya yanaşmaları olan insanlar gəliblər.
Qanunvehedef.az xəbər verir ki, bunu “EA Daily” portalına açıqlamasında erməni politoloq Ayk Babuxanyan deyib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələn kimi KTMT-nin prestijinə, həmçinin Rusiya ilə iqtisadi əlaqələrə zərbə endirib:
“Rusiyanın Ermənistandakı iqtisadi strukturlarına zərbə və bunların ələ keçirilməsi, daha sonra isə baş nazirin bəyanatlarının planlaşdırılmış aksiya olması aydındır. Əgər bu belə deyilsə, o zaman Ermənistanda situasiya pisdir. Yəni ölkədə hakimiyyət yoxdur, əvəzində xaos var. Misallar çoxdur. Rusiyanın Gümrüdəki hərbi bazası ilə bağlı situasiya, rus qoşunlarının Ermənistandan çıxarılması tələbləri və sairə. Bunların hamısı göstərir ki, Ermənistanda iqtidarı ələ keçirənlər hakimiyyətin strukturunun necə olması və hansı hökumətin onlara lazım olmasını müəyyən etmək gücündə deyillər”.шаблоны для dle 11.2