Xəbər lenti
16/09/2025 [11:34]
POEZIYA - Qəni Hüseynov
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Poroşenko MSK-ya arxa qapıdan gəldi, sərt tənqidlər başladı

Baxılıb: 588     Tarix: 04-02-2019 13:00   
Ukrayna Prezidenti Pyotr Poroşenkonun MSK binasına sənədləri təqdim etmək üçün arxa qapıdan daxil olması sosial şəbəkə istifadəçilərinin kəskin tənqidinə tuş gəlib.
Qanunvehedef.az xəbər verir ki, Poroşenkonun MSK-ya gəlişi sırasında binanın qarşısında aksiya təşkil olunub.
Aksiyaçılar prezidentə Ukraynada öldürülən jurnalist Qandzyuk barədə müraciət hazırlayıb. Məhz bu səbəbdən də aksiyaçılarla qarşılaşmaq istəməyən Poroşenko binaya əsas giriş əvəzinə arxa qapıdan daxil olub.
Prezidentin bu cür davranmasına sosial şəbəkə istifadəçiləri özünəməxsus reaksiya göstərib:
“Poroşenko – cəsur və qərarlı prezidentdir. Namizədlər arasında Putinə qarşı dura biləcək yeganə şəxsdir! İgid! Poroşenko sənədləri arxa qapıdan gətirdi ki, jurnalist barədə suallara cavab verməsin? Yaşasın igidlər!” - bloger Dmitri Bulax yazıb.
Digər bir istifadəçi Sergey Qayday də məsələyə olduqca kəskin reaksiya verib:
“Öz yolu var. Arxa girişdən qeydiyyatdan keçib. Arxa gedişdən seçki kampaniyası aparacaq. Arxa qapıdan seçicilərə pul gətiriləcək. Arxa qapıdan MSK səsləri sayacaq. Arxa qapıda prezident elan ediləcək”.
Ümumilikdə isə sosial şəbəkə istifadəçiləri hazırkı prezidentin əhalinin qarşısına çıxmamasını onun xalqa münasibətinin nümunəsi kimi qiymətləndirib.шаблоны для dle 11.2