Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Paşinyan provokasiyaya çəkilir: “Bakı savaşa hazırlaşır”

Baxılıb: 555     Tarix: 06-02-2019 14:00   
İlham Əliyevlə Nikol Paşinyanın Davos görüşündə Qarabağ konflikti müzakirə edilib.
Qanunvehedef.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında Ermənistanın eks-deputatı Ruben Akopyan deyib.
“Xarici siyasət sferası kölgədə və kulisdə olur. Hesab etmirəm ki, Davosda müzakirə edilənlər dərhal açıqlanmalıdır. Azərbaycan tərəfinin görüşdən öncə söhbətin nədən gedəcəyi ilə bağlı tam məlumatlı olması artıq başqa məsələdir. Bizim baş nazir görüşün 1,5 saat davam etdiyini və təsadüfi olduğunu deyəndə bir növ kəndçi hiyləgərliyi etməyə çalışdı. Aydın olan odur ki, tərəflər Qarabağdan danışıblar və növbəti gün məhz Davosda Paşinyana Bolton zəng etdi və söhbət Qarabağdan getdi”, – deyə o bildirib.
Onun sözlərinə görə, Paşinyan məsləhətlərə qulaq asmayacağı halda bütün Ermənistan ağır məsuliyyət altında qalacaq:
“Xalqları sülhə hazırlayın” deyəndə nəyinsə baş verdiyini, prosesin getdiyi nəzərdə tutulur. Biz gərək səhvlərimizdən nəticə çıxaraq. Bütün bu dövr ərzində Azərbaycan tərəfi udub. Paşinyanın icra edilməyəcək razılaşma barədə hesabat vermək vaxtı çatıb. Xalqı həyəcanlandırmaq istəməzdim, amma müharibə heç də uzaqda deyil. Allah eləsin ki, mən yanılım”.
Azərbaycanı savaşa hazırlaşmaqda ittiham edən Akopyan son günlər atəşkəs xəttindəki sakitliyin guya Azərbaycanın maraqlarına cavab vermədiyini deyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}